Ağstafada polis vətəndaşa xuliqanlıqla işgəncə verən ata və oğulu ifşa etdi
Sosial
08.01.2025 23:03
Sosial şəbəkələrdə naməlum şəxslərin bir
nəfərə qarşı xuliqanlıqla işgəncə verməsini əks etdirən görüntülər yayılıb.
DİN-in Mətbuat Xidmətindən TodayPress-ə
verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə
görüntüdə əks olunan şəxslər müəyyən olunublar. Cinayət əməlini törətməkdə
şübhəli bilinən 53 yaşlı Şəmkir Nəsibov və onun oğlu 19 yaşlı Turan Nəsibli
saxlanılaraq məsuliyyətə cəlb ediliblər.
Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə
cinayət işi başlanılmaqla həmin şəxslərə ittiham elan olunub və barələrində
həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə istintaq tədbirləri davam
etdirilir.
tag: Xuliqanlıq, Ata, Oğul, Ağstağa, DİN, Cinayət, todaypress.az,