Ağır yanıq xəsarətləri ilə Şəmkirdən Bakıya gətirilən gənc öldü
Ağır yanıq xəsarətləri ilə Şəmkir
rayonundan Bakıya gətirilən gəncin həyatını xilas etmək mümkün olmayıb.
TodayPress-in məlumatına görə, 23 yaşlı N.Yusifov
paytaxtda yerləşən xəstəxanaların birində göstərilən tibbi yardımlara
baxmayaraq dünyasını dəyişib.
Xatırladaq ki, hadisə bir neçə gün öncə Şəmkir rayonunun
Tatarlı kəndində qeydə alınıb. Belə ki, tanışının evinə qonaq gələn N.Yusifov
fərdi yaşayış evinin hamam otağında kustar üsulla hazırlanan sobanın ani
alışması nəticəsində ağır yanıq xəsarətləri almışdı.
Faktla bağlı araşdırma aparılır.
tag: Ölüm, Hadisə,Şəmkir, Bakı, Xəsarət, todaypress.az,