Ağdamda minaya düşən şəxsin SON DURUMU

Sosial

02.04.2025 14:08

2403

Ağdam rayonunun işğaldan azad edilmiş Çəmənli kəndi ərazisində minaya düşən rayon sakini Nurəddin Abbasovun vəziyyəti açıqlanıb. 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) TodayPress-in sorğusuna cavab olaraq bildirilib ki, 1968-ci il təvəllüdlü şəxs (kişi cinsli) 02.04.2025-ci il tarixində saat 12:00 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Ona sağ baldırın aşağı 1/3 hissəsinin amputasiyası diaqnozu ilə əməliyyat təyin edilib. 

"Hazırda vəziyyəti ağır olaraq qiymətləndirilir" deyə əlavə olunub.

Qeyd edək ki, N. Abbasov heyvan otararkən keçmiş təmas xəttində minalardan təmizlənməmiş əraziyə daxil olaraq piyada əleyhinə minanın partlayışı nəticəsində ayağından xəsarət alıb. 

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.

Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətləri birgə məlumat yayaraq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırıb. 

Töhfə Səməd

tag: TƏBİB,Sorğu,Ağdam,Mina,Todaypress.az,