Ağcabədidə istehlaka yararsız məhsullar aşkarlandı

Sosial

04.04.2025 10:52

2205

Ağcabədi rayonu, H.Hacıyev küçəsi 141 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Vəliyev Rahib Ədalət oğluna məxsus anbarda AQTA əməkdaşları tərəfindən yoxlama keçirilib. 

Bu barədə TodayPress-ə AQTA-dan məlumat verilib

Baxış zamanı anbarda mənşə sənədləri olmayan konfet, yararlılıq müddəti bitmiş makaron və qarğıdalı yağı aşkarlanıb.

Həmçinin istehlaka yararlı məhsullarla yararsız məhsulların birlikdə və birbaşa döşəmənin üzərində saxlanıldığı, işçi heyətin dövri tibbi müayinədən keçmədiyi və digər nöqsanlar müəyyən edilib. 

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.

tag: AQTA, Monitorinq,Məhsullar,Sahibkar,Todaypress.az,