Ağcabədidə bir nəfər kanalda batdı

Sosial

06.02.2025 11:37

2140

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Yuxarı Qarabağ kanalının Ağcabədi rayonu, Xocavənd kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. 

TodayPress xəbər verir ki, bu barədə FHN-dən bildirilib. 

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar. Əlavə məlumat veriləcək.

tag: Ağcabədi,Hadisə,FHN,Kanal,Todaypress.az,