Ağcabədidə baş verən zəncirvari qəzada beş nəfər öldü- YENİLƏNDİ

Sosial

28.02.2025 22:30

1295

Ağcabədi rayonunda baş vermiş zəncirvari qəzada beş nəfər bədənin müxtəlif dərəcəli xəsarətləri ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

TodayPress xəbər verir ki, hadisədə yaralananların kimliyi aşağıdakı kimidir:

1. Nəsirov Xəyal Asif oğlu, 1992-ci il təvəllüdlü.

2.  Yusifli Tural İdris oğlu, 1992-ci il təvəllüdlü.

3.  Umudzadə Akşin Elsevər oğlu, 1996-cı il təvəllüdlü.

4.  Nurlan Qurbanov, 2000-ci il təvəllüdlü.

5.  Əli Alişanov, 2000-ci il təvəllüdlü.

Qeyd edək ki, hadisə nəticəsində 5 nəfərin həkiməqədər ölüm faktı qeydə alınmışdı.

Ağcabədi rayonunda baş vermiş zəncirvari yol-nəqliyyat hadisəsində ölənlərin kimliyi bəlli olub.

Bu barədə “Report”un Qarabağ bürosu xəbər verir.

Məlumata görə, qəza nəticəsində keçinənlər 1990-cı il təvəlldlü Hüsiyev Vüsal Məmməd oğlu, 1991-ci il təvəllüdlü Əmrahov Sənan Aqil oğlu, 1992-ci il təvəllüdlü Aslanov Azər Fəyyaz oğlu, 2007-ci il təvəllüdlü Ələsgərov Asiman Yaşar oğlu və 2002-ci il təvəllüdlü Aslanlı Elbəy Mövsüm oğludur.

 


***

20:25


Ağcabədi rayonunda baş verən zəncirvari qəzada beş nəfər ölüb.

TodayPress xəbər verir ki, hadisə rayonun Xocavənd kəndi ərazisindən baş verib.

"Mercedes", "Hyundai" və "VAZ" markalı avtomobillərinin iştirakı ilə baş verən qəzada "VAZ”ın sürücüsü və maşındakı dörd sərnişin hadisə yerində ölüb.

Hazırda təcili tibbi yardım briqadasının əməkdaşları hadisə yerinə cəlb edilib.

Faktla bağlı araşdırma aparılır

 

tag: Qəza, Ağcabədi, VAZ, Hyundai, Ölüm, Yaralı, todaypress.az,