Ağcabədidə 12 kq narkotik aşkarlandı
Sosial
31.01.2025 15:48
Ağcabədidə külli miqdarda narkotik vasitə aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan TodayPress-ə verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş 54 yaşlı Elşad Zeynalov saxlanılıb.
E.Zeynalovun üzərindən və yaşadığı ünvandan 12 kiloqram marixuana aşkarlanaraq götürülüb.
Onun bir müddət əvvəl narkotikləri kultivasiyasi yolu ilə yetişdirərək əldə etdiyi və satış məqsədi ilə özündə saxladığı müəyyən olunub.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.
tag: DİN,Narkotik,Marixuana,Araşdırma,Todaypress.az,