Ağcabədi yanğında xəsarət alan şəxsin vəziyyəti açıqlandı - YENİLƏNDİ
Ağcabədidə fərdi yaşayış evində baş verən yanğında xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
TodayPress xəbər verir ki, bu barədə Mərkəzi Rayon Xəstəxanasından məlumat verilib.
Bildirilib ki, 1973-cü il təvəllüdlü Məmmədov Etibar Fikrət oğluna üz və yuxarı aşağı ətrafın termik yanığı ikinci dərəcəli yanıq xəsarəti diaqnozu qoyulub.
Hazırda prosesə uyğun yardım göstərilməsi davam etdilrilir.
xxx
11:26
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağcabədi rayonunda vətəndaşa məxsus fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.
TodayPress xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Ağcabədi Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaşa məxsus birmərtəbəli, beş otaqdan ibarət fərdi yaşayış evində baş verdiyi müəyyən edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 252 kv.m. olan kürsülü beşotaqlı evin 2 otağının və mətbəxin yanar konstruksiyaları 76 kv.m. sahədə yanıb, 1 nəfər xəsarət alıb.
Evin böyük hissəsi yanğından mühafizə olunub.
tag: FHN,Yanğın,Ağcabədi,Hadisə,todaypress.az,