Ağadadaş Ağayev cinayət məsuliyyətinə cəlb olundu
Sosial
23.07.2024 20:32
Paytaxtın Binəqədi rayonunda
baş verən insidentlə əlaqədar araşdırma aparılır.
TodayPress xəbər verir
ki, bu barədə sorğuya cavab olaraq DİN-in Mətbuat Xidmətindən bildirilib. Qeyd
olunub ki, fakta görə Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi
başlanılıb.
Münaqişə tərəfləri N.Cəlilov və A.Ağayev cinayət məsuliyyətinə cəlb edilib.
Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
tag: Ağadadaş Ağayev, Cinayət, Binəqədi, Münaqişə, todaypress.az,