ADY: "Tələbata uyğun olaraq qatara daha bir vaqon əlavə edilib"

Sosial

18.01.2025 15:25

Ötən gün Bakı-Balakən qatarı 100 faiz doluluqla yola düşüb. Tələbata uyğun olaraq qatara daha bir vaqon əlavə edilib.

Bu barədə TodayPress-ə xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.

Qeyd edilib ki, bazar günü Balakən-Bakı qatarlarında da yüksək doluluq qeydə alınır.

“Bu, sərnişinlərin xüsusilə həftəsonu səfərlər üçün Bakı-Balakən-Bakı marşrutu üzrə qatarlara üstünlük verdiyinin göstəricisidir. Sərnişinlərimiz yataq tipli gecə qatarları ilə rahat və təhlükəsiz səfər etməklə yanaşı, həm də gündüz saatlarına maksimum qənaət etməyi seçirlər” - ADY-dən əlavə edilib.

tag: ADY, Bakı Balakən, Qatar, Cəmiyyət, todaypress.az,