ADY 20 ədəd sərnişin qatarı alacaq
Sosial
30.01.2025 21:15
Bakı şəhərində və ətraf ərazilərdə dəmiryol
nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi çərçivəsində 2025−2030-cu
illərdə 20 ədəd sərnişin qatarının alınması nəzərdə
tutulur.
TodayPress xəbər verir ki, bu barədə Prezident İlham
Əliyevin Sərəncamı ilə təsdiq olunmuş Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat
infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət
Proqramında deyilir.
Buraya satınalmaya dair şərtlər toplusunun hazırlanması,
satınalmanın keçirilməsi və təchizatçı ilə müqavilənin imzalanması, hər biri 10 ədəd
olmaqla mərhələli şəkildə sərnişin qatarlarının istismara verilməsi daxildir.
tag: Bakı , ADY, Qatar, Prezident, İlham Əliyev, Sərəncam, todaypress.az,