Abşeronda evdən 12 min manatlıq oğurluq edildi
Abşeron rayonunda bir gecədə 8 avtomobili və 6 evi talayan şəxsləri polis saxlayıb.
TodayPress xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Abşeron rayonu Ceyranbatan və ətraf qəsəbələrin ərazisində 8 avtomobildən akkumlyator, maqnitafon və digər dəyərli əşyaların oğurlanması barədə polisə məlumat daxil olub. Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 32 yaşlı Qüdrət Bayramov saxlanılıb. Bölmə əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat zamanı isə Saray qəsəbəsi ərazisində müxtəlif ünvanlarda yerləşən 6 evdən oğurluq edən 26 yaşlı Sadiq Hadılı və 32 yaşlı Məhəmməd Sadıqlı da saxlanılıblar.
Qeyd edilib ki, saxlanılan şəxslər avtomobil və ev sahiblərinə ümumilikdə 12 min manatdan artıq maddi ziyan vurublar.
Faktlarla bağlı araşdırma aparılır.
tag: Abşeron ,DİN,Oğurluq,Saray,Avtomobil,Ev,todaypress.az,