Abşeron yarımadasında yenidən qar başladı
Bu gün
Azərbaycanda saat 19:00-a olan faktiki hava açıqlanıb.
Milli
Hidrometeorologiya Xidmətindən TodayPress-ə verilən
məlumata görə, fevralın 22-si saat 19:00-a olan məlumatına əsasən ölkə
ərazisinin bəzi yerlərində gündüz saatlarında yağıntıda yaranan qısa fasilədən
sonra yenidən Abşeron yarımadasının bəzi yerlərində zəif qar yağır.
Eyni zamanda
Kəlbəcər, Laçın, Qubadlı, Naxçıvan, Şahbuz, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə,
Ceyrançöl, Balakən, Şəki, Şamaxı, İsmayıllı, Sarıbaş (Qax), Qobustan, Altıağac,
Xaltan, Mingəçevir, Yevlax, Goyçay, Zərdab, Beyləqan, Quba, Qusar, İmişli,
Kürdəmir, Sabirabad, Cəfərxan, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran və Astarada
da qar yağır.
tag: Qar, Abşeron, Hava, Laçın, Ölkə, todaypress.az,