Abşeron rayonunda quldurluq edən şəxs saxlanıldı

Sosial

29.03.2025 12:16

2688

Abşeron rayonu ərazisində yerləşən mağazaların birində naməlum şəxsin oradan götürdüyü geyimlərə görə ödəniş etməməsi və satıcını kəsici-deşici alətlə hədələməsi barədə polisə məlumat daxil olub.

Bu barədə TodayPress-ə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən 18 yaşlı S.Həmidov müəyyən olunaraq saxlanılıb. 

Araşdırma aparılır.

tag: DİN,Quldur,Quldurluq ,Polis ,Şöbə,Pul ,todaypress.az,