ABAD məhsulları ABŞ bazarında

Sosial

17.03.2025 14:10

1921

Ailə Biznesinə Asan Dəstək - "ABAD"ın məhsulları Amerika Birləşmiş Ştatları bazarına ixrac olunub və satışa start verilib. Sözügedən məhsullara bal, mürəbbələr, souslar, çay və fıstıq kimi qida məhsulları daxildir.

Bu barədə TodayPress-ə “ASAN” xidmətdən məlumat verilib. 

Əsas məqsəd Azərbaycan mətbəxinin zəngin dadlarını dünya miqyasında tanıtmaq və yerli brendləri geniş alıcı kütləsinə təqdim etməkdir. 

"ABAD” pilot layihə olaraq fəaliyyətə Masallı rayonunda 7 təsərrüfatçı ailə ilə başlayıb və bu günə kimi 657 ailəyə dəstək tədbirləri həyata keçirilib.

Onlardan 493-ü sənətkar, 142-si qida, 22-si isə digər sahələr üzrə fəaliyyət göstərib.

“ABAD”çılarla həyata keçirilmiş kommersiya fəaliyyəti nəticəsində onların minlərlə çeşiddə sənətkarlıq, qida və digər müxtəlif növ məhsulları satışa çıxarılıb.

tag: ASAN ,Xidmət,Regional,ABAD,Amerika,Todaypress.az,