9 kq narkotikin qanunsuz dövriyyəsinin qarşısı alındı

Sosial

21.04.2025 15:48

8

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə fasiləsiz xarakter alıb. 

Bu barədə TodayPress-ə DİN-in BNMİ-dən məlumat verilib.

Ucar rayonunda keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş 33 yaşlı Orxan Xəlilov tutulub.

Onun sərnişin kimi əyləşdiyi avtomobildən 9 kiloqramdan artıq tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.   

O.Xəlilov ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə götürdüyünü və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu bildirib.   

Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

tag: DİN,BNMİ,Narkotik,Əməliyyat,Todaypress.az,