77 yaşlı qadını maşın vurdu

Sosial

01.04.2025 21:20

2737

Gəncədə yaşlı qadın yol qəzasında xəsarət alıb.

TodayPress-in məlumatına görə, hadisə şəhərin Atatürk prospektində qeydə alınıb. Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1948-ci il təvəllüdlü S.İsmayılovanı vurub. Yaşlı qadın xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

 

tag: Gəncə, Qəza, Qadın, Yararlı, Xəsarət, Hadisə, todaypress.az,