5 nəfərdən 9 kiloqram narkotik aşkarlandı

Sosial

12.02.2025 10:33

1427

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən tədbir nəticəsində, əvvəllər məhkum olunmuş Faiq Qasımov saxlanılıb.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan TodayPress-ə verilən məlumata görə, ondan 8 kiloqram marixuana aşkarlanıb.

Bundan başqa, keçirilən digər əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 4 nəfər - Şirzad Alışov, Şirxan Quliyev, Aqil Mirzəyev və Ceyhun Cəfərov saxlanılıblar. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılanlar barəsində həbs qətimkan tədbiri seçilib.


tag: Narkotik,Marixuana,Araşdırma,DİN,Todaypress.az,