5 gün ərzində tapılan silah-sursatın sayı açıqlandı

Sosial

31.08.2024 16:46

Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində avqustun 25-dən 30-dək Xankəndi şəhəri ərazisindən tapılan silah-sursatın sayı açıqlanıb.

TodayPress xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, Xankəndi şəhərinin ərazisindən 20 avtomat silahı, 3 tapança, 7 tüfəng, 22 qumbara, 16 alışdırıcı, 7 mərmi, 6 süngü-bıçaq, 78 patron darağı, 4707 ədəd müxtəlif çaplı patron və digər sursatlar, Xocalı rayonu ərazisindən 3 avtomat, 1 pulemyot, 5 patron darağı, 1 qumbara və 655 ədəd patron, Xocavənd rayonu ərazisindən isə 2 avtomat silahı, 1 pulemyot, 1 tüfəng, 1 qumbaraatan, 572 müxtəlif çaplı patron və digər sursatlar aşkar edilərək götürülüb.

tag: Polis, Xankəndi, Silah, Sursat ,Mərmilər ,Pulemyot, Tüfəng, todaypress.az,