41 yaşlı qadın bıçaqlanaraq öldürüldü
Lənkəranda 41 yaşlı qadın bıçaqlanıb.
TodayPress xəbər verir ki, hadisə gecə saatlarında Lənkəran şəhəri
ərazisində baş verib.
Şəhər sakini
1984-cü il təvəllüdlü Günel Allahverdi qızı Tahirova döş qəfəsinin divarının
çoxsaylı yaraları diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili
yardım şöbəsinə hospitalizasiya olunub.
Çoxlu qan
itirən G.Tahirova dərhal əməliyyat blokuna alınıb. Həkimlərin səylərinə
baxmayaraq, o, əməliyyat zamanı ölüb.
İlkin məlumata
görə, qadın ailə münaqişəsi zəminində yoldaşı tərəfindən bıçaqlanıb.
Faktla bağlı
araşdırma aparılır.
tag: Lənkəran, Bıçaqlanma, Qadın, Ölüm, Xəstəxana, todaypress.az,