41 yaşlı kişinin qonşusu tərəfindən bıçaqlandığı iddia olunur

Sosial

27.03.2025 22:20

1318

Göygöldə bıçaqlanma hadisəsi baş verib.

TodayPress xəbər verir ki, hadisə rayonun Qızılca kəndində qeydə alınıb.


1984-cü il təvəllüdlü N.Əsgərov diz nahiyyəsinin və qolununun kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.

Dərhal xəstəyə yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.

İddialara görə, 41 yaşlı kişi qonşusu tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

tag: Göygöl, Bıçaqlanma, Hadisə, Qonşu, Qol, Diz, Xəstəxana, todaypress.az,