41 kiloqram narkotik maddə dövriyyədən çıxarıldı
Sosial
24.08.2024 15:00
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə
İdarəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə
tədbirlərini fasiləsiz davam etdirirlər.
TodayPress xəbər verir ki, bu barədə nazirliyin
mətbuat xidmətindən məlumat yayılıb.
Bildirilib ki, Bakı şəhəri və Salyan rayonunda
keçirilən növbəti əməliyyatlar zamanı əvvəllər də narkotiklərlə bağlı
cinayətlərə görə məhkum olunmuş 1998-ci il təvəllüdlü Elgün Məmmədov və 2002-ci
il təvəllüdlü Rəşad Süleymanov saxlanılıblar.
Onlardan ümumilikdə 41 kiloqram tərkibi psixotrop
maddələrlə zənginləşdirilmiş marixuana, heroin və psixotrop maddə metamfetamin
aşkarlanıb.
E.Məmmədov və R.Süleymanov şəxsiyyəti istintaqla
araşdırılan İran vətəndaşları vasitəsilə əvvəlcədən müəyyənləşdirilmiş
yerlərdən narkotik vasitələri götürərək maddi qazanc müqabilində ayrı-ayrı
ünvanlara çatdırılmasını planlaşdırıblar.
Faktla bağlı cinayət işləri başlanılıb.
Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri
seçilib.
tag: Narkotik, Cinayət,DİN, DSX, todaypress.az,