38 kiloqramdan artıq narkotik vasitə aşkar edildi

Sosial

12.05.2025 11:14

17

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 10-da və 11-də ümumi çəkisi 38 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. 

Bu barədə TodayPress-ə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 35,5 kiloqramdan artıq marixuana, 2,5 kiloqrama yaxın metamfetamin, həmçinin 679 ədəd çətənə kolu olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

tag: DİN, Narkotik, Vətəndaşlar, Məlumat, todaypress.az,