“28 May” stansiyasında Yaşıl və Qırmızı xətlər ayrılacaq

Sosial

31.01.2025 05:45

Bakı Metropoliteninin “28 May” stansiyasında Yaşıl və Qırmızı xətlər ayrılacaq.

TodayPress xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda əksini tapıb.

DövlətProqramınaəsasən,Rəqəmsal İnkişaf  Nəqliyyat Nazirliyi Maliyyə Nazirliyi, Ekologiya  Təbii Sərvətlər Nazirliyi, Dövlət Şəhərsalma  Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Nəqliyyat  Kommunikasiya Holdinqi, “Bakı Metropoliteni” QSC və Nəqliyyatı Əlaqələndirmə Şurası ilə birlikdə 2025-2026-cı illərdə Yaşıl və Qırmızı xətlərin ayrılması ilə bağlı tikintiquraşdırma işlərinin yerinə yetirilməsi və istismara verilməsini təmin etməlidir.

 

2026-cı ilədək tikinti quraşdırma işlərinin tamamlanması təmin edilməlidir.

 

tag: 28 May, Stansiya, Metro, Yaşıl , Qırmızı, Nəqliyyat, todaypress.az,