27 yaşlı qadın dəm qazından öldü

Sosial

10.02.2025 21:14

2595

Şamaxıda qadın dəm qazından zəhərlənərək ölüb.

TodayPress xəbər verir ki, Şamaxı şəhər Qədirli küçəsində yaşayan 1998-ci il təvəllüdlü Məmmədova Ləman İnqilab qızı yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib.

L. Məmmədova Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

tag: Şamaxı, Dəm Qazı, Qədirli, Zəhərlənmə, Xəstəxana, todaypress.az,