2 yaşlı körpə evin ikinci mərtəbəsindən yıxılaraq öldü
Sosial
07.07.2024 00:30
Abşeronda 2 yaşlı körpə bədbəxt hadisə nəticəsində
ölüb.
Todaypress xəbər verir ki, hadisə Saray qəsəbəsində
yerləşən fərdi evlərdən birində baş verib.
2022-ci il təvəllüdlü O.Cəbrayılov yaşadığı
evin ikinci mərtəbəsinin pəncərəsindən yıxılaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.
tag: Bakı, 2 yaşlı, Saray, Hadisə, todaypress.az,