2 tapança, 3 qumbara, 7 tüfəng və xeyli sayda silah-sursat aşkarlandı

Sosial

05.10.2024 11:44

Ötən gün polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında xeyli sayda silah-sursat aşkarlayıb.

TodayPress xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, həmin müddətdə 2 avtomat silahı, 2 tapança, 3 qumbara, 4 alışdırıcı, 7 tüfəng, 15 patron darağı və 1343 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

tag: Polis ,Patron Darağı, Tapança ,Qumbara ,Tüfəng, todaypress.az,