2 nəfərdən narkotik vasitə aşkar edildi
Sumqayıt şəhəri ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər barəsində polisə məlumat daxil olub.
Bu barədə DİN-dən TodayPress-ə məlumat verilib.
Sumqayıt ŞPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməldə şübhəli bilinən 28 yaşlı N.Nuriyev və əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş 25 yaşlı R.Kərimov müəyyən edilərək axlanılıblar.
Onlardan 2 kiloqramdan artıq narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb.
tag: DİN, Narkotik, Vətəndaşlar, Məlumat, todaypress.az,