17 yaşlı oğlan qətlə yetirildi, bir nəfər bıçaqlandı

Sosial

13.03.2025 20:30

1678

Yevlaxda qətl hadisəsi baş verib.

 

TodayPress xəbər verir ki, hadisə Yevlax şəhəri ərazisində qeydə alınıb. Tərəflər arasında yaranmış mübahisə davaya səbəb olub. Nəticədə 2008-ci il təvəllüdlü Ayxan Quliyev bıçaqlanaraq öldürülüb. 2007-ci il təvəllüdlü Əli Zülfüqarlı isə xəsarətlər alıb.


Xəsarət alan şəxs Yevlax mərkəzi xəstəxanasına çatdırılıb.

 

Fakt araşdırılır. Hadisəni törədən şəxsin saxlanılması istiqamətində tədbirlər həyata keçirilir.

 

tag: Yevlax, Hadisə, Bıçaqlanma, Xəstəxana, todaypress.az,