15 nəfərin 60 min manatını mənimsədi – “MAŞIN ALVERÇİSİ” SAXLANILDI

Sosial

08.06.2024 10:47

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində vətəndaşları aldadaraq zərərçəkənlərin pullarını mənimsəyən Azər Əliyev saxlanılıb.

TodayPress xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

Adıçəkilən şəxs avtomobil elanı saytlarında müxtəlif markalı avtomobillərin şəkillərini özünə məxsus nəqliyyat vasitəsi kimi təqdim edərək dəyərindən ucuz qiymətə satılması barədə elanlar yerləşdirib. Ona zəng edən vətəndaşlara "beh" göndərmələri üçün bank hesab nömrəsini təqdim edib, pulları əldə etdikdən sonra isə telefon zənglərinə cavab verməyərək əlaqəni kəsib.

Ümumilikdə 15 zərərçəkəni aldadan A.Əliyev onların 60 min manata yaxın pulunu ələ keçirib.

Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.

tag: Polis, Kriminal, Hadisə, Avtomobil, todaypress.az,