15 nəfər xilas edildi

Sosial

27.02.2025 11:32

1944

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka 15 nəfər xilas edilib. 

Bu barədə TodayPress-ə FHN-in mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 30 yanğına çıxış, 9 halda köməksiz vəziyyətdə qalma və 1 partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. 

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 2-si azyaşlı olmaqla 15 nəfər xilas edilib, 2 nəfər xəsarət alıb, 1 nəfərin meyiti təhvil verilib.

tag: FHN,Operativ,Sutka,Xilasetmə,Todaypress.az,