14 yaşlı uşaq cərəyan vurması nəticəsində həyatını itirdi

Sosial

11.07.2024 19:44

Saatlıda 14 yaşlı uşağı cərəyan vuraraq öldürüb.

TodayPress xəbər verir ki, hadisə Saatlı rayonunun Soltanabad kəndində qeydə alınıb.

Həmin kəndin sakini, 2010-cu il təvəllüdlü Sarıyev Elgün Elşən oğlunu su nasosunun cərəyanı vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

tag: Saatlı, Cərəyan, Yeniyetmə, Hadisə, todaypress.az,