12 kiloqramdan artıq narkotik vasitə aşkarlandı

Sosial

15.05.2025 10:16

25

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 14-də ümumi çəkisi 12,2 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə TodayPress-ə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 1 kiloqramdan artıq heroin, 8,2 kiloqrama yaxın marixuana, 3 kiloqrama yaxın metamfetamin olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

tag: DİN, Narkotik, Vətəndaşlar, Məlumat, todaypress.az,