11 dərəcəyədək şaxta qeydə alındı - FAKTİKİ HAVA

Sosial

04.03.2025 09:38

2299

Martın 4-ü saat 9:00-a olan faktiki hava açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən TodayPress-ə verilən məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə bəzi dağlıq ərazilərə (Daşkəsən, Gədəbəy) qar yağıb.

Sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyinin sürəti Goranboyda 19 m/s, Tərtərdə 18 m/s, Kəlbəcər və Mingəçevirdə 16 m/s, Bakıda və Abşeron yarımadasında eyni zamanda Şəkidə 15 m/s-yə çatıb. 

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4, Aran rayonlarında 5 dərərcəyədək isti , Naxçıvan MR-da 3 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlıq rayonlarda 11 dərəcəyədək şaxta qeydə alınıb.

tag: Hava,Milli Hidrometeorologiya Xidməti,Külək,Sarı xəbərdarlıq,todaypress.az,