10 nəfər xilas edildi
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 10 nəfər xilas edilib.
Bu barədə TodayPress-ə FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 43 yanğına çıxış və 8 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 10 nəfər xilas edilib, 1 nəfərin meyiti təhvil verilib.
tag: FHN,Yanğın,Yardım,Partlayış,Todaypress.az,