“Zurabişvili Qərbdə Azərbaycanın əleyhinə fəal ideoloji kampaniya aparır” - Ramiz Yunus AÇIQLADI

Siyasət

30.01.2025 12:35

“Gürcüstanın eks-prezidenti Salome Zurabişvili Qərbdə Azərbaycanın əleyhinə fəal ideoloji kampaniya aparır və bu, onun ABŞ-yə son səfəri zamanı bir daha açıq şəkildə özünü göstərdi”. 

TodayPress xəbər verir ki, politoloq Ramiz Yunus bu barədə öz “Facebook” hesabında yazıb. 

“Məndə belə bir sual yaranır: bu gün xanım Zurabişvili kimi təmsil edir? Eyni zamanda Gürcüstan ictimaiyyəti eks-prezidentin açıq-aşkar anti-Azərbaycan mövqeyinə, eləcə də, onun Azərbaycana Fransa kimi düşməncəsinə münasibət sərgiləməsinə necə yanaşır? Axı o, Fransa vətəndaşıdır.  Zurabişvilinin bu cür ikiüzlü davranışı Azərbaycan və Gürcüstan arasında uzun illər ərzində bütün Gürcüstan prezidentlərinin qurduğu strateji tərəfdaşlıq ruhuna nə dərəcədə uyğundur? Alman filosofu Fridrix Nitsşenin dediyi kimi: "Biz çox vaxt ikiüzlülüyü nəzakət qaydaları adlandırırıq" deyə analitik diqqətə çatdırıb.

Qeyd edək ki, Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili hər zaman anti-Azərbaycan mövqeyi ilə “seçilib”. Belə ki, Prezident seçilməzdən əvvəl Saakaşvili hökumətində xarici işlər naziri olmuş xanım siyasətçi diplomatik korpusda işləyəndə Bakıya gəlməmişdi. Prezident seçildikdən sonra - 2019-cu ilin fevralında isə Ermənistana və Azərbaycana “balansı qoruyan” səfər etmişdi. Bakıdan sonra hətta Qaxa da getmiş, etnik gürcülərlə görüşmüşdü. Bu, onun Azərbaycana ilk və son səfəri olub. Salome Zurabişvilinin siyasi xadim kimi yetişməsində erməni izləri də görünür. Bəllidir ki, Ermənilərə can yandırılması, onların uydurma tarixlərinin dəstəklənməsi Fransanın strategiyasının tərkib hissəsidir.   

Günəş Mərd

tag: Gürcüstan,Salome Zurabişvili,Ramiz Yunus,Politoloq,Azərbaycan,Region,Todaypress.az,