Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı oldu - YENİLƏNDİ
Siyasət
03.10.2024 18:22
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib.
TodayPress xəbər verir ki, “Azərişıq”
ASC-nin sədri Vüqar Əhmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat
verdi.
Bildirildi ki, Rəqəmsal İdarəetmə Mərkəzi
iki mərtəbədən ibarətdir. Birinci mərtəbədə hər birinin gücü 2500 kV olan iki
güc transformatoru, 35 və 0,4 kV-luq qapalı paylayıcı qurğular, ikinci mərtəbədə
isə idarəetmə, texniki və köməkçi otaqlar yerləşir.
Mərkəzin elektrik təchizatı üçün
110/35/10 kilovoltluq “Zəngilan” yarımstansiyasından ikidövrəli yeraltı kabel xətləri
çəkilib.
Diqqətə çatdırıldı ki, Mərkəz
elektrik şəbəkəsinin vəziyyəti haqqında bütün məlumatları toplayan və emal edən,
eləcə də avadanlığın rəqəmsal formatda idarə olunmasını təşkil edən nəzarət,
mühafizə və idarəetmə sistemlərinin innovativ həll layihəsidir. Bu layihə yarımstansiyalarda optik rəqəmsal ölçmə
transformatorlarının və yeni nəsil rəqəmsal avadanlıq komplekslərinin işlənib
hazırlanmasını təmin edir. Yeni nəsil yarımstansiya bütün ölçülərin yüksək dəqiqliyini
təmin edir, avtomatlaşdırma insan amilinin şəbəkənin işinə təsirini azaltmağa,
etibarlılığını artırmağa və elektrik enerjisinin ötürülməsi zamanı itkiləri
azaltmağa imkan verir. Həmçinin enerjinin əldə olunması dəyəri və istismar xərcləri
azalır.
Prezident
İlham Əliyev “Azərişıq” ASC-nin Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə
Mərkəzini işə saldı.
Qeyd olundu
ki, rəqəmsal yarımstansiyadan qidalanan istehlakçılar elektrik enerjisi
verilişində fasilələrin yaranması barədə məlumatları onlayn qaydada əvvəlcədən
ala bilərlər. Bərpa olunan enerji mənbələrinin şəbəkələrə inteqrasiya edilməsi
prosesi rəqəmsal yarımstansiyada avtomatik idarə edildiyindən elektrik enerjisi
təchizatında fasilələrin yaranması tam aradan qaldırılır. Rəqəmsal
yarımstansiya alınan və ötürülən elektrik enerjisinin miqdarına görə işin
multifunksional rejimdə qurulmasını, cihaz və avadanlıqların bir-biri ilə
koordinasiyasını tam təmin edir. Bundan əlavə, əməliyyatların paylayıcı şəbəkənin
tələblərinə avtomatik uyğunlaşdırılmasını, informasiya və texniki təhlükəsizlik
sistemlərinin qərarvermə qabiliyyətini, “yaşıl enerji” mənbələrinin şəbəkəyə
inteqrasiyasını da həyata keçirir. Yarımstansiya qapalı tiplidir, istismar və
idarəetmə əməliyyatları məsafədən həyata keçirilir, daimi işçi heyətə ehtiyac
olmur.
***
15.05
Azərbaycan
Prezidenti İlham Əliyev oktyabrın 3-də “Azərişıq” ASC-nin Zəngilan Elektrik Şəbəkəsinin
Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib.
tag: Prezident ,İlham Əliyev ,Zəngilan ,Açılış ,Azərbaycan ,todaypress.az,