Zəngəzur dəhlizinin açılması Azərbaycanla Ermənistan arasındakı sülhə töhfə verəcək - Türkiyə Prezidenti
Siyasət
12.07.2024 23:30
Türkiyə rəhbərliyi Cənubi
Qafqazda sülhə dair mövqeyini Ermənistanın baş naziri Nikol Paşinyana çatdırıb.
Artıq regionda sülh istiqamətində bütün “yelkənlər” açılmalıdır. Ümid edirik
ki, Azərbaycan və Ermənistan arasında tezliklə razılaşma əldə olunacaq.
TodayPress xəbər verir
ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ səfəri zamanı onu
müşahidə edən jurnalistlərə səsləndirib.
Onun sözlərinə görə, rəsmi
Ankara sülh gündəliyini səmimi və güclü şəkildə dəstəkləyir:
“Zəngəzur dəhlizinin açılması
bu sülhə töhfə verəcək və tamamlayacaq. Bu kimi addımlar həm Azərbaycan, həm
Ermənistan, həm də Türkiyə və regionun digər dövlətlərinin rifahına və
ümumilikdə sülhə müsbət töhfə verəcək” deyə Ərdoğan vurğulayıb.
Ölkə başçısı bu cür müsbət qərarların
gecikmədən qəbul edilməsinin əhəmiyyətini qeyd edib.
”Arzu edirik bu istiqamətdə müvafiq səylər göstərilsin. Regiondan müsbət siqnallar gəlir. Ümid edirik bunlar yaxşı xəbərə çevriləcək. Digər dövlətlərdən də ən qısa müddət ərzində davamlı sülh üçün oxşar yanaşma gözləyirik. Bu vacibdir” deyə Türkiyə Prezidenti bildirib.
tag: Ərdoğan, Ermənistan, Zəngəzur, Azərbaycan, todaypress.az,