Zelenski Almaniya prezidenti ilə görüşdü
Siyasət
11.06.2024 14:55
Almaniya prezidenti Frank-Valter Ştaynmayer və Ukrayna lideri Volodimir Zelenski arasında görüş keçirilib.
TodayPress xəbər verir ki, bu barədə Ukrayna prezidenti öz telegram kanalında məlumat verib.
“Biz Ukraynanın təhlükəsizlik vəziyyətini, Rusiyanın Ukrayna enerjisinə hücumları və bütün cəbhə boyu aktiv döyüşlər fonunda mövcud ehtiyaclarımızı müzakirə etdik” deyə Zelenski yazıb.
Liderlər həmçinin İsveçrədə keçirilən sammitin nəticələrindən gözləntiləri barədə danışıblar. Zelenski Ukraynanın bərpası ilə bağlı göstərilən təşəbbüsə və dəstəyə görə, Almaniyaya təşəkkür edib.
Günəş Mərd
tag: Almaniya, Prezident, Frank-Valter Ştaynmayer, Ukrayna, Zelenski, todaypress.az,