Zahid Oruc: "Sanksiyalardan qorunmaq üçün İrəvan-Bakı qarşıdırmasına son qoymalıyıq”
Siyasət
04.11.2024 10:42
"Mühacir terror mediası ilə bir sırada duran daşnaklar İrəvanda zəifləyir, Parisdə isə çiçəklənir, himayədarlarını artırırlar".
TodayPress xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzi (STM) idarə Heyətinin sədri, Milli Məclisin Komitə sədri Zahid Oruc "Parlamentlər va qlobal sanksiya tendensiyaları: qanunvericilik orqanında siyasi lobbiçilik beynəlxalq hüquqa maneədir" mövzusunda kitab təqdimatına həsr edilmiş dəyirmi masada bildirib.
Onun sözlərinə görə, Qarabağı Ermənistana verməyə hazır olan qüvvələri xaricdən ölkəmizə silah gücünə gətirmək istəyirlər.
"Qələbəmizi cəzalandırmağa qalxanlar görsələr ki, Paşinyan Bakıya gəlib düşmənçiliyə son qoymağa razılıq verir, onu ya sərt sanksiyaya, ya da İshaq Rabinin taleyinə məruz qoyacaqlar.
Ona görə də sanksiya və embarqo planlarını zərərsizləşdirməyin bir yolu qalır-biz İrəvanı Qərbin əlindən almalıyıq. Söhbət ərazini hərbi yolla ələ keçirməkdən getmir, məqsədimiz Bakı və İrəvanın qarşıdurmasına son qoyub, qlobal təzyiqlərdən xilas olmalıyıq!" deyə Millət vəkili qeyd edib.
Günəş Mərd
tag: Zahid Oruc,Qarabağ, Ermənistan, Paşinyan, Bakı, Qələbə, todaypress.az,