Zahid Oruc: “Qarabağ universitetində Türk Dünyası Elm Mərkəzi yaradılsın”

Siyasət

21.04.2025 10:58

10

“Müasir dövrdə elm və təhsil sahəsində əməkdaşlığın elmi-sosioloji tədqiqatlarla müəyyən olunmasının Türk dövlətləri arasında münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir”.   

TodayPress xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin rəhbəri, deputat Zahid Oruc Türk Akademiyası və STM-in birgə təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrdə keçirilən sosioloji tədqiqatın nəticələrinə-“Türk Barometri”nin təqdimatına həsr olunan beynəlxalq konfransda deyib.   

O, eyni zamanda Heydər Əliyev adına təqaüd proqramı ilə Qarabağ universitetində Türk Dünyası Elm Mərkəzinin yaradılmasını təklif edib: 

 “Düşünürəm ki, Qafqazın Konservatoriyası hesab olunan bir məkanda  Türk Dünyası Ali Musiqi Məktəbi inşa oluna bilər. Qarabağın azadlığının 5-ci ildönümü münasibətilə türk dünyasının ən yaxşı kitabxanası layihəsi həyata keçirilə, Xankəndində qədim və müasir türk dövlətlərinin bayraqları asıla bilər”.   

Töhfə Səməd

tag: Zahid Oruc,Qarabağ,Türk Dünyası,Mərkəz,Todaypress.az,