Zahid Oruc: “NATO-nun dağılması gerçəkləşərsə, Türkiyə və Azərbaycan...”

Siyasət

11.03.2025 10:57

1389

“Qarabağ qələbəsi dünyada yeni siyasi düzən formalaşdırıb”.

TodayPress xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin idarə heyətinin sədri, millət vəkili Zahid Oruc “Deportasiyaya uğrayan irsin izi ilə" elmi-praktik konfransında deyib. 

“İndi biz təkcə coğrafi deyil, həm də siyasi olaraq böyümüşük. NATO-nun dağılması gerçəkləşərsə, Türkiyə və Azərbaycan yeni geosiyasi birliyin qurucularına çevriləcək. Ona görə də 6 mühüm tarixi dəyişikliyi vurğulamalıyıq:

1. Son 2 əsrdə ilk dəfə ermənilərə sərhədi böyük dövlətlər yox, Azərbaycan müəyyən edir. 2. Regionda böyük güclərin taleyi indiki qədər Bakıda həll olunmayıb. Xarici amillərin ölkəmizə təsir dövrü bitib.

3. Prezident İlham Əliyevin ən böyük uğuru ermənilərin dövlətçiliyimizə təsirini sıfra endirməsidir. İrəvanın taleyi indiki qədər Bakının əlində olmayıb.

4. Qarabağ 300 illik tarixi ərzində regionun siyasi və demoqrafik xəritəsini dəyişən mina olub. Bu təhlükə artıq zərərsizləşdirilib və Qarabağ Azərbaycanın möhkəmlənmə platformasına çevrilib.

5. Prezident İlham Əliyev yeni ideoloji hədəf – Qayıdış hərəkatını yaradıb. Qarabağa qayıtdıq, çünki torpaq sevgisi və qayıdış ruhu canlı saxlanıldı. İndi isə Qərbi Azərbaycan məfkurəsinin dirçəlişinə ehtiyac var.

6. Prezident bəyan edib ki, Ermənistan Türkiyə və Azərbaycan arasında mane olmamalıdır. İrəvanın Bakı və Ankara arasında necə bağlayıcı qüvvəyə çevriləcəyi üzərində düşünməliyik”.

Millət vəkili Sosial Tədqiqatlar Mərkəzinin bu strateji çağırışlara cavab olaraq dəyərli əsərlər təqdim etdiyini diqqətə çatdırıb. 

Qiymət Mahir

tag: Zahid Oruc,STM,Qarabağ,Qayıdış,Todaypress.az,