Zahid Oruc: “Beynəlxalq təhlükəsizlik sistemi dərin böhran keçirir"

Siyasət

04.11.2024 10:54

"Rusiya əleyhinə son 2 ildə tətbiq olunan sanksiyaların ümumi sayı 17.636-dır. Onun təkcə 29 faizini, yəni, 5100-dən artığını ABŞ tətbiq edib".

TodayPress xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin idarə Heyətinin sədri, Milli Məclisin Komitə sədri Zahid Oruc "Parlamentlər va qlobal sanksiya tendensiyaları: qanunvericilik orqanında siyasi lobbiçilik beynəlxalq hüquqa maneədir" mövzusunda kitab təqdimatına həsr edilmiş dəyirmi masada bildirib. 

O, regionda yerləşən digər qonşu dövlətlərə tətbiq olunan sanksiyalara da diqqət çəkib:

"Məsələn İran əleyhinə 1979-cu il islam inqilabından bu yana tətbiq olunan sanksiyalarının sayı 3616-dır. 40 ildən artıq belə ağır iqtisadi, maliyyə, diplomatik və hərbi cəzalar altında yaşamaq İran xalqından fədakarlıq və dözüm tələb edir. 

"Əsrlərlə qurulan qlobal iqtisadi-ticarət zəncirləri dağıdılır, xalqlararası mədəni-humanitar bağlar məhv edilir, milyonlarla insan bir vaxtlar “xalqlar həbsxanası” adlandırdıqları keçmiş imperiyanın qala divarları arasından çıxmaqdan məhrum olunur. Sanksiya müharibələri Sovetlər Birliyinin mövcud olduğu dövrlə müqayisədə daha dəhşətli dəmir pərdə çəkib. Dünyada heç vaxt indiki qədər parçalanma və qütbləşmə olmayıb. Beynəlxalq təhlükəsizlik sistemi dərin böhran keçirir".

Günəş Mərd

tag: Zahid Oruc, Sanksiyalar, Rusiya, İran, todaypress.az,