Yeni kaledoniyalı iştirakçı: Biz Makron hakimiyyətinin diktaturası isə üz-üzəyik

Siyasət

29.03.2025 16:45

2708

Burada çıxış edən hər kəs alçaldılmalardan, pis rəftardan danışır. Biz Makron hakimiyyətinin diktaturası isə üz-üzəyik. Bakıda nümunəvi davranmalıyıq ki, istəyimizə nail olaq.

TodayPress xəbər verir ki, bunu “Yeni Kaledoniya Sakit Okean İcmaları və Mədəniyyətləri Evi” (NCMCP) assosiasiyasının katibi Yevgeniy Tetuanui “Kolonializm: dini-milli kimliyin silinməsi” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

“Biz Fransa diktaturasına “yox” deməli, axmaq, narsist davranışlarla mübarizə aparmalıyıq. Hər birimiz təhdidlə üz-üzəyik. Makronun siyasi mövqeyinə qarşı çıxmalıyıq. Bakı bizə imkan verir ki, səsimiz eşidilsin. Dənizaşırı ölkələr eyni gündə müstəqilliklərini elan edərək müstəmləkədən qurtula bilərlər. Biz hazırda ölümlə üz-üzəyik” deyə Yevgeniy Tetuanui bildirib.

(AZƏRTAC)

tag: Yeni Kaledoniya, Azərbaycan,Konfrans,Fransa,Makron,Todaypress.az,