Yaşar Əliyev Quterreşlə görüşdü
Siyasət
15.01.2025 05:23
Azərbaycanın BMT yanında sabiq daimi
nümayəndəsi Yaşar Əliyev dünya təşkilatının Baş katibi Antonio Quterreşlə
görüşüb.
TodayPress xəbər verir ki, bu barədə Daimi Nümayəndəliyin
sosial şəbəkə hesabında bildirilib.
“BMT-nin mənzil-qərargahında Baş katib Antonio Quterreş
ilə səfir Yaşar Əliyevin vida görüşü səmimi və mehriban şəraitdə keçib. Söhbət
zamanı səfir Əliyevin çoxtərəfli diplomatiyaya və BMT dəyərlərinin təşviqinə
töhfələri, eyni zamanda Azərbaycanın milli maraqlarının “effektiv və həvəsli”
müdafiəsinin həyata keçirilməsi vurğulanıb” məlumatda qeyd olunub.
tag: BMT, Yaşar Əliyev, Quterreş, Baş Katib, Azərbaycan, todaypress.az,