YAP Mərkəzi Aparatında müşavirə keçirildi

Siyasət

20.07.2024 14:48

İyulun 20-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında Azərbaycan Respublikası Milli Məclisinə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar yerli seçki qərargahları sədrlərinin iştirakı ilə müşavirə keçirilib.

TodayPress xəbər verir ki, bu barədə YAP-dan bildirilib.

Müşavirədə partiyanın İdarə Heyətinin 2024-cü il 3 iyul tarixli qərarı ilə təsdiq edilmiş Tədbirlər Planında əks olunan əsas hərəkət və tədbirlərlə əlaqədar ötən müddət ərzində görülmüş işlər ətrafında müzakirələr aparılıb, onların icra vəziyyətinin təhlili əsasında növbəti dövr üçün konkret vəzifələr müəyyən edilib, müvafiq tapşırıq və tövsiyələr verilib.

tag: YAP, Plan, Müşavirə, Azərbaycan, Partiya, todaypress.az,