Yalçın Rəfiyev Somalidə səfərdədir

Siyasət

04.02.2025 13:57

Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Somalidə səfərdədir.

TodayPress xəbər verir ki, bu barədə Somalinin Türkiyədəki səfirliyinin "X" hesabında məlumat verilib.

"Somalinin xarici işlər üzrə dövlət naziri Əli Ömər və ölkənin Azərbaycandakı qeyri-rezident səfiri Fathudin Əli Mohamed bu gün Moqadişo beynəlxalq hava limanında Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin başçılıq etdiyi yüksək səviyyəli nümayəndə heyəti ilə görüşüblər" məlumatda qeyd olunub.

Moqadişoya ikigünlük səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti müxtəlif rəsmilərlə görüşlər keçirəcək və iki ölkə üçün qarşılıqlı maraq doğuran çoxsaylı mövzuları müzakirə edəcək.

tag: Azərbaycan,Yalçın Rəfiyev,XİN,Somali,Səfər,todaypress.az,