Yalanlarla bəslənən xarici siyasət: “Rəng dəyişmə ermənilərin xisləti ilə bağlıdır” - RƏY
Siyasət
20.08.2024 14:20
“Ermənistandakı mövcud vəziyyət hansısa hökumətin problemi deyil. Bu uzun illər erməni toplumunun beyninə yeridilmiş xəstə ideologiyanın nəticəsidir”.
Poitoloq Samir Hümbətov bunu TodayPress-ə açıqlamasında deyib.
O, hesab edir ki, Ermənistanda baş verən hadisələrin hamısının günahını Paşinyan hökumətinin üstünə atmaq olmaz:
“Nikol Paşinyandan əvvəlkilər də dövlətə bu cür - şəxsi maraqlar prizmasından yanaşıblar. Ondan sonra gələnlər da belə yanaşacaqlar. Birinin hakimiyyətdən getməsi ilə Ermənistan düzələn deyil. Hazırda rəsmi İrəvan gah Qərbə, gah da Rusiyaya tərəf yıxılır. Bu rəng dəyişmə birbaşa onların xisləti ilə bağlıdır”.
Analitik bildirib ki, Ermənistanın siyasətə yanaşmasını dəyişmək üçün ən optimal variant xəstə erməni ideologiyasını onların beynindən çıxarmaqdır. Əks halda mövcud Ermənistan hökumətinin yürütdüyü bu siyasəti dəyişmək mümkün olmayacaq:
“Onlar oturuşmuş bir ideologiyaya xidmət edirlər. Öz maraqları naminə də ani qərar verirlər. Ermənistan siyasəti ona kömək edən, Azərbaycan torpağı hesabına ona dövlət yaratmağa kömək edənlərə dərs olmalıdır. Bilməlidirlər, uzun illərdir dəstək olduqları bu erməni hökuməti hər an onları sata bilər”.
Qeyd edək ki, bir müddət öncə Belarus Prezidenti Aleksandr Lukaşenko, həmçinin Rusiya Xarici İşlər Nazirliyinin I MDB Ölkələri Departamentinin direktoru Mikael Aqasandyan Ermənistanın xarici siyasətini kəskin tənqid ediblər.
Günəş Mərd
tag: Ermənistan, MDB, Rusiya,Nikol Paşinyan, Belarus, Prezident,Aleksandr Lukaşenko,todaypress.az,