XİN rəsmisi: “Azərbaycan İƏT-in ən fəal üzvüdür”

Siyasət

24.04.2025 10:39

5

“Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) ən fəal üzvüdür”.

TodayPress xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq İdarəsi rəisinin müavini Rövşən Mirzəyev aprelin 24-də “Azərbaycan və İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT): İmkanlar və Perspektivlər” mövzusunda keçirilən tədbirdə deyib. 

O, diqqətə çatdırıb ki, Azərbaycan təşkilata üzv olduğu gündən bu yana iki dəfə İƏT-ə sədrlik edib.

Lakin ikinci sədrlik müddəti tarixdə bir ilkə imza atıb: 

“Belə ki, İranda səfirliyimizə qarşı olan hücumdan sonra diplomatik nümayəndəliyin müvəqqəti bağlanması nəticəsində İƏT-ə sədrliyin reallığı sual altına düşmüşdü.

Lakin Azərbaycan bütün əngəllərə baxmayaraq, sədrliyi sonuna qədər apardı və təşkilatın tarixində ilk dəfə “virtual sədrlik” anlayışını formalaşdırdı.

Bundan başqa, ölkəmiz 2021-ci ildə İƏT-ə üzv ölkələrin Dövlət başçılarının Zirvə Toplantısına da ev sahibliyi edib, həmçinin həmçinin İƏT üzvlərini Şuşada da qarşılayıb”. 

Töhfə Səməd

tag: İƏT,Rövşən Mirzəyev,XİN,Üzv,Todaypress.az,