XİN rəhbərinin müavini Küveyt səfiri ilə görüşdü
Küveytin Azərbaycandakı səfiri Məhəmməd əl-Mütairi Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev ilə görüşüb.
TodayPress xəbər verir ki, görüş əsnasında 2 ölkə arasındakı əlaqələr və əməkdaşlığın gücləndirilməsi müzakirə edilib.
Eyni zamanda, xarici işlər naziri Ceyhun Bayramovun Küveytə son səfərinə toxunulub.
tag: Azərbaycan,XİN,Küveyt,Səfir,Todaypress.az,
